Pakistan Xarici İşlər Nazirliyi ABŞ-İran danışıqlarının "yaxın günlərdə" keçirilməsi planlarını açıqlayıb
ABŞ və İran arasında danışıqlar "yaxın günlərdə" Pakistanda baş tuta bilər. Oxuməni.az CNN-in məlumatına istinadla xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar Misir, Səudiyyə Ərəbistanı və Türkiyənin xarici işlər nazirləri ilə məsləhətləşmələrdən sonra bildirib.
Darın sözlərinə görə, həm İran, həm də ABŞ İslamabadda danışıqların keçirilməsi təşəbbüsünü dəstəkləyir. Ağ Ev hələlik şərh verməyib, lakin CNN xəbər verir ki, bir neçə gün əvvəl Tramp administrasiyasındakı mənbələr ABŞ-ın Pakistanda İranla müharibəyə son qoymaq üçün görüş təşkil etməyə çalışdığını bildiriblər.
Pakistan xarici işlər naziri həmçinin Çin xarici işlər naziri Vanq Yi və BMT-nin baş katibi Antonio Quterreş ilə telefon danışıqları apardığını və onlar da danışıqların keçirilməsini dəstəklədiklərini bildirib.
Almaz Həsənli




































































.jpg)

.jpg)











