Əfqanıstan və Pakistan sərhədində döyüşlər yenidən başlayıb
Əfqanıstan və Pakistan sərhədində döyüşlər yenidən başlayıb. Azı üç nəfərin öldüyü bildirilir. Oxuməni.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi Əfqanıstan hakimiyyətinə istinadən məlumat verib.
Martın 18-də Pakistan Ramazan bayramı müddətində Əfqanıstana qarşı hərbi əməliyyatları müvəqqəti dayandırdığını elan etmişdi. Həmin gün Əfqanıstan da atəşkəs elan etmişdi. Atəşkəs martın 19-u gecə yarısından martın 24-ü gecə yarısına qədər qüvvədə idi.
AP-nin Əfqanıstan hakimiyyətinə istinadən verdiyi məlumata görə, atəşkəs başa çatdıqdan sonra Pakistan hərbçiləri Əfqanıstanın Narai və Sunaro rayonlarına onlarla mərmi atıb. İki mülki vətəndaşın həlak olduğu, səkkiz nəfərin isə yaralandığı bildirilir. Əfqanıstan hərbçiləri cavab atəşi açıb, nəticədə azı bir nəfər həlak olub.
Almaz Həsənli




























.jpg)

.jpg)



















































