"Vikipediya" süni intellektlə yaradılmış məqalələrin dərcini qadağan etdi

"Vikipediya" süni intellektlə yaradılmış məqalələrin dərcini qadağan etdi

10:20
Bəyəndim (0) Bəyənmədim (0)


"Vikipediya" saytı süni intellekt (Sİ) vasitəsilə məqalələr yaratmağı və ya yenidən yazmağı qadağan edən qaydaları yeniləyib. Yalnız minimal redaktə və ciddi nəzarət altında tərcüməyə icazə verilir. Oxuməni.az xəbər verir ki, bu barəd “RİA "Novosti” məlumat yayıb.
Qadağa, böyük dil modelləri tərəfindən yaradılan mətnlərin "Vikipediya"nın əsas məzmun qaydalarını tez-tez pozması ilə əlaqədardır. İstisnalar yalnız yeni qaydalarda ayrıca göstərilən bəzi hallarda nəzərdə tutulur.xəbər verir RİA "Novosti".
Redaktorların öz materiallarına əsas düzəlişlər təklif etmək üçün Sİ-dən istifadə etməsinə icazə verilir, lakin belə dəyişikliklər yalnız insan tərəfindən yoxlanıldıqdan və dil modelinin öz məzmun əlavə etmədiyi şərti ilə qəbul edilir.
Məlumatda həmçinin qeyd olunur ki, bəzi redaktorların üslubu Sİ-nin üslubunu xatırlada bilər, lakin sanksiyalar üçün yalnız üslub və ya dil xüsusiyyətlərindən kənar dəlillər tələb olunur.
"Vikipediya"nın dil versiyaları arasında məqalələrin tərcüməsi üçün Sİ-dən istifadə platformanın xüsusi tövsiyələrinə uyğun olmalıdır.

Almaz Həsənli