İranın Qum şəhərində yaşayış məntəqəsinə edilən hücum nəticəsində altı nəfər həlak olub

İranın Qum şəhərində yaşayış məntəqəsinə edilən hücum nəticəsində altı nəfər həlak olub

09:10
Bəyəndim (0) Bəyənmədim (0)

İranın Qum şəhərində yaşayış məntəqəsinə edilən hücum nəticəsində altı nəfər həlak olub. Vilayət qubernatorunun sözçüsünün verdiyi məlumata görə, yaralıların sayı məlum deyil.
İranın mərkəzində yerləşən Qum şəhərində yaşayış məntəqəsinə edilən hava hücumunda ən azı altı mülki şəxs həlak olub. Bu barədə vilayət qubernatorunun sözçüsü məlumat verib.

"Qumda yaşayış məntəqəsinə edilən hücum nəticəsində ən azı altı nəfər həlak olub", - deyə qubernatorun sözçüsü Fars xəbər agentliyinin məlumatına görə bildirib. O, əlavə edib ki, bombardman edilən Pardisan məhəlləsində "üç yaşayış binasına ciddi ziyan dəyib. Yaralıların sayı hələ də məlum deyil"-deyə o bildirib.

Əziz MUSTAFA