Ölümcül xəstəliklərin riskini artıran məşhur məhsul müəyyən edilib

Ölümcül xəstəliklərin riskini artıran məşhur məhsul müəyyən edilib

12:33
Bəyəndim (0) Bəyənmədim (0)

.
Britaniyanın "Mirror" nəşri alimlərə istinadən xəbər verir ki, kərə yağının tez-tez istehlakı ölümcül xəstəliklərin inkişaf riskini artırır. Mütəxəssislər 30-50 il ərzində izlənilən 220.000-dən çox yetkinin məlumatlarını təhlil ediblər. Nəticələr göstərib ki, kərə yağı ölüm riskini artırır. Nəşr qeyd edir ki, "Bu dövrdə qrupda 50.932 ölüm hadisəsi qeydə alınıb, onlardan 12.241-i xərçəngdən, 11.240-ı isə ürək-damar xəstəliklərindəndir". Bundan əlavə, ən çox kərə yağı istehlak edən qrupda olanlar arasında istənilən səbəbdən ölüm riski 15 faiz yüksək olub. Eyni qrupda xərçəngdən ölmə riski də 12 faiz yüksək olub.

Müvafiq olaraq, alimlərin fikrincə, daha çox kərə yağı istehlakı ölüm hallarının artması ilə, daha çox bitki yağı istehlakı isə daha az ölümlə əlaqələndirilib.

"Kərə yağını bitki yağları ilə əvəz etmək vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər", - deyə alimlər qənaətə gəliblər.

Əziz MUSTAFA