Ərdoğan Türkiyə iqtisadiyyatını Hörmüz boğazının bağlanmasının yaratdığı çətinliklərə tab gətirəcəyini bildirdi

Ərdoğan Türkiyə iqtisadiyyatını Hörmüz boğazının bağlanmasının yaratdığı çətinliklərə tab gətirəcəyini bildirdi

08:02
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin iqtisadiyyatının Hörmüz boğazının bağlanmasının yaratdığı çətinliklərə tab gətirəcəyini bildirdi.

"Türkiyə iqtisadiyyatının bu cür gözlənilməz şoklara qarşı dayanıqlığı hazırda tarixin ən yüksək səviyyəsindədir. Buna şübhə olmamalıdır. Biz vətəndaşlarımızı neft qiymətlərinin artması kimi mənfi təsirlərdən qorumaq üçün tədbirlər görürük. Təəssüf ki, müharibə uzandıqca digər fəsadlar da ortaya çıxır. Xüsusilə, qlobal enerji ticarətinin 20%-nin keçdiyi strateji əhəmiyyətli Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyatı ciddi bir qarışıqlıq vəziyyətinə salıb", - deyə Ərdoğan Fars körfəzindəki vəziyyəti müzakirə edən kabinet iclasından sonra bildirib.

O, "neft qiymətlərinin kəskin şəkildə artmasına səbəb olan hazırkı qlobal şokun şübhəsiz ki, Türkiyəyə təsir etdiyini" vurğulayıb.

Ərdoğan qeyd edib ki, "Brent markalı xam neftin bir barelinin qiyməti 28 fevraldan bəri 40% artıb". "Buna cavab olaraq, bəzi ölkələr avtomobillərdəki yanacaq miqdarını məhdudlaşdırmaqdan tutmuş məktəbləri müvəqqəti bağlamağa qədər yanacaq istehlakını azaltmaq üçün bir sıra tədbirlər görüblər", - deyə o bildirib.

Əziz MUSTAFA