Von der Leyen Avstraliyanı Çindən həddindən artıq asılı olmaqdan çəkindirdi

Von der Leyen Avstraliyanı Çindən həddindən artıq asılı olmaqdan çəkindirdi

12:24
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Avstraliyanı Çindən həddindən artıq asılı olmaqdan çəkindirdi. O, bu açıqlamanı Avstraliya Baş naziri Entoni Albanese ilə danışıqlardan sonra Avstraliya Federal Parlamentində verdi.

Bəzi ölkələrin digərlərinin resurslarından və məhsullarından asılı olduğunu qeyd edən fon der Leyen bunun təzyiq vasitəsi kimi istifadə edilə biləcəyini və bu cür təhdidlərə qarşı müdafiənin vacib olduğunu qeyd etdi. "Avstraliya bu riskləri yaxşı başa düşür. Avropa təkcə Rusiyanın enerji ehtiyatlarından deyil, həm də tək bir təchizatçıdan gələn tədarüklərdən asılılıqla bağlı problemlərlə də üzləşib", - deyə o bildirib.

Avropa Komissiyasının rəhbəri bildirib ki, "düzgün Çin siyasətinin hazırlanması həm Avropa, həm də Avstraliya üçün strateji vacib şərtdir". "Biz heç bir təchizatçıdan həddindən artıq asılılığa dözə bilmərik <...> və buna görə də bir-birimizə ehtiyacımız var. Bizim təhlükəsizliyimiz sizin təhlükəsizliyinizdir", - deyə fon der Leyen bildirib.

O, əlavə edib ki, AB "Çinin ixrac yönümlü artım modelini və sənaye hiperməhsuldarlığını qəbul edə bilməz və qəbul etməyəcək". "Keçən il istisnasız olaraq hər bir AB ölkəsi Çinlə ticarət kəsiri ilə üzləşdi. Təchizat zəncirinin təhlükəsizliyinə təhdidlər və sənaye bazamıza təzyiq təcili əks tədbirlər tələb edir. Bu cür tədbirlər yalnız birgə hazırlana bilər", - deyə o vurğulayıb.

Avropa Komissiyası prezidentinin 23 martda başlayan Avstraliyaya səfəri Aİ və Avstraliya arasında azad ticarət sazişinin imzalanması ilə nəticələndi. Tərəflər həmçinin təhlükəsizlik və vacib mineralların tədarükü sahələrində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

Əziz MUSTAFA