İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun ətraf ərazisinə hücumu nəticəsində iki nəfər həlak olub

İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun ətraf ərazisinə hücumu nəticəsində iki nəfər həlak olub

10:10
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Livanın paytaxtı Bşamunun cənub-şərq ətraf ərazisinə hava hücumu həyata keçirib və nəticədə ən azı iki nəfər həlak olub, Livan Səhiyyə Nazirliyi məlumat verib.

"Zərbə yaşayış binasını hədəf alıb. Ölən iki nəfərdən əlavə, daha beş nəfər yaralanıb", - deyə açıqlamada bildirilir. "Xilasedicilər hadisə yerində işləyir və itkilərin sayı arta bilər."

İsrail Hərbi Hava Qüvvələri bu səhər tezdən Beyrutun cənub kənarındakı yeddi məhəlləyə hücum edib. Mülki Müdafiə Xidmətinin məlumatına görə, Bir Abed, Burj əl-Barajneh, Kafaat, Ruweis, Saint Therese, Hadas və Haret Horeik məhəllələrindəki çoxmərtəbəli binalar dağıdılıb. Bu məhəllələrin sakinləri İsrail ordusundan bombalanmaya məruz qalacaq təhlükəli zonaları tərk etmək barədə əvvəlcədən xəbərdarlıqlar alıblar.

Əziz MUSTAFA