ABŞ-ın keçmiş Milli Kəşfiyyat Rəsmisi: İsrailin İrana qarşı müharibədə fərqli məqsədləri var

ABŞ-ın keçmiş Milli Kəşfiyyat Rəsmisi: İsrailin İrana qarşı müharibədə fərqli məqsədləri var

10:02
Bəyəndim (2) Bəyənmədim (0)

İsrailin məqsədləri ABŞ-ın İrana qarşı hərbi əməliyyatında qarşıya qoyduğu məqsədlərdən fərqlənir. Bu fikri İslam Respublikasına qarşı hərbi əməliyyatla razılaşmadığı üçün Milli Kəşfiyyat Direktoru Ofisində Antiterror Mərkəzinin rəhbəri vəzifəsindən istefa verən Co Kent bildirib.

"Müharibədəki strateji məqsədimizdən düşünürəm ki, Pentaqonda və kəşfiyyat icmasında əksəriyyətin dediyi kimi, bizim və İsrailin bu [vəziyyətdə] fərqli məqsədləri var. Düşünmürəm ki, məqsədimiz dəqiq müəyyən edilib, çünki biz rejim dəyişikliyindən çəkinirik. İsrail rejim dəyişikliyindən çəkinmir; onlar [İranın] hazırkı rəhbərliyini tamamilə məhv etmək istəyirlər. Amma onların bundan sonra nə olacağı ilə bağlı bir planı yoxdur", - deyə o, amerikalı jurnalist Taker Karlsonla müsahibəsində bildirib.

"İsrailin müharibəyə necə və niyə getdiyi və nə qədər müddətə döyüşməyə hazır olduqları ilə bağlı tamamilə fərqli yanaşması var. İsrail İranın xaosa düşməsindən tamamilə razıdır. <...> İrandakı tam xaos İsrail üçün mütləq pis deyil, lakin bu, bizim üçün, qlobal enerji üçün, Körfəz Əməkdaşlıq Şurasındakı tərəfdaşlarımız üçün və Avropadakı kütləvi miqrasiya vəziyyəti üçün böyük bir problemdir", - Kent iddia edib.

Əziz MUSTAFA