Vens 19 martda Neft Şirkətlərinin rəhbərləri ilə görüşəcək
Bloomberg xəbər verir ki, ABŞ-ın vitse-prezidenti J.D. Vens, ABŞ administrasiyasının əsas rəsmiləri ilə birlikdə cümə axşamı günü ABŞ-İsrail hərbi əməliyyatının İrana qarşı yaratdığı enerji böhranı fonunda neft şirkətləri rəhbərləri ilə görüşəcək.
Agentliyin məlumatına görə, görüş Vaşinqtondakı Amerika Neft İnstitutunda keçiriləcək. Qeyd olunur ki, ABŞ administrasiyası "yanacaq qiymətlərinin artması ilə bağlı güclü siyasi təzyiqlə üzləşir". Agentlik qeyd edir ki, analitiklər ABŞ hökumətinin enerji qiymətlərini məhdudlaşdırmaq imkanlarının məhdud olduğuna inanırlar.
28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri vurulub. İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib. ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hədəfləri də vurulub.
11 martda İran Silahlı Qüvvələrinin mərkəzi qərargahı olan Xatəm əl-Ənbiya sözçüsü bildirib ki, İran ABŞ və müttəfiqləri ilə əlaqəli heç bir neft yükünün dünya neft ixracının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazından keçməsinə icazə verməyəcək. 15 martda o, Tehranın rəqibini təslim olmağa məcbur etmək üçün Hörmüz boğazında gəmiçiliyə nəzarət də daxil olmaqla istənilən vasitəyə əl atacağı barədə xəbərdarlıq edib.
Əziz Mustafa
























































.jpg)
.jpg)
.jpg)
























