Parlament seçkilərində Kim Çen In seçicilərin 99,93% səsini qazanıb
2026-cı ildə Şimali Koreyada keçirilən parlament seçkilərində hakim Əmək Partiyası və onun müttəfiqləri seçicilərin demək olar ki, tam dəstəyini qazanıb. Kim Çen In səslərin 99,93%-ni, seçici fəallığı isə 99,99%-ə çatıb. Eyni zamanda, yalnız 0,07% namizədlərə "əleyhinə" səs verib ki, bu da ekspertlər tərəfindən simvolik və səsvermənin nəzarət olunan xarakterini əks etdirən bir hal kimi qiymətləndirilir. Oxuməni.az xəbər verir ki, bu barədə "The Sunday Guardian" yazır.
Seçkilər miqyaslı daxili dəyişikliklərlə yadda qalıb: Ali Xalq Məclisinin deputatlarının 70%-dən çoxu yeni simalardır, bu da Kimə özünə sadiq dairəni gücləndirməyə və köhnə hakimiyyət mərkəzlərini ləğv etməyə imkan verir. Yeni tərkibə onun bacısı Kim Yo Conq və Xarici İşlər Naziri Çoi Son Xvi daxil olub, təcrübəli siyasətçilər, məsələn, Çoi Ryon Xey isə əsas vəzifələrdən kənarlaşdırılıb.
Yeni parlamentin Kim Çen Inı Dövlət İşləri Komissiyasının sədri vəzifəsinə təsdiqləyəcəyi, onun ali lider statusunu möhkəmləndirəcəyi gözlənilir. Qanunvericilər, xüsusilə Cənubi Koreya ilə bağlı konstitusiyaya yenidən baxa bilərlər ki, bu da Cənubun rəsmi olaraq düşmən dövlət elan edilməsinə və ölkənin xarici siyasətində dəyişikliklərə səbəb ola bilər.
Müxalifət partiyalarının faktiki olaraq olmaması, KİV-ə və namizədlərə nəzarət seçkiləri rəhbərliyin qərarlarının formal təsdiqinə çevirir. Ekspertlər qeyd edirlər ki, "əleyhinə" səslərin kiçik faizi yalnız məhdud fikir ayrılığının təəssüratını yaradır, lakin həqiqi siyasi rəqabətdən xəbər vermir. Ali Xalq Məclisləri hakim partiyanın qərarlarını leqallaşdıran, Kim Çen Inın daxili və xarici siyasətinə hüquqi dəstək verən orqan olaraq qalır.
Almaz Həsənli

























.jpg)
.jpg)
.jpg)






















































