İran münaqişənin həllində vasitəçilik edə biləcək ölkələrin adlarını açıqlayıb

İran münaqişənin həllində vasitəçilik edə biləcək ölkələrin adlarını açıqlayıb

11:44
Bəyəndim (2) Bəyənmədim (0)


Çin də daxil olmaqla bir neçə ölkə İranla ABŞ arasındakı münaqişənin həllində vasitəçilik edə bilər. Oxuməni.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi Qətərin "Əl-Cəzirə" telekanalına verdiyi müsahibədə bildirib.
Diplomat xatırladıb ki, 2023-cü ildə Çin İranı Səudiyyə Ərəbistanı ilə barışdırmaqda "müsbət rol" oynayıb.
Əraqçi həmçinin qeyd edib ki, Çinin əhəmiyyətli imkanları var və digər ölkələrin də oxşar potensialı var.
Xarici işlər naziri Tehranın tələblərinə və şərtlərinə cavab verən hər hansı bir ideyanı dinləyəcəyini vurğulayıb.
Eyni müsahibədə Əraqçi bildirib ki, İran ABŞ və İsraillə müharibə bitdikdən sonra gəmilərin Hörmüz boğazından keçməsi üçün yeni qaydalar hazırlamağı planlaşdırır.
Almaz Həsənli