AB Macarıstanın Ukraynaya 90 milyard avroluq kreditlə bağlı veto hüququnu aradan qaldıra bilib

AB Macarıstanın Ukraynaya 90 milyard avroluq kreditlə bağlı veto hüququnu aradan qaldıra bilib

07:53
Bəyəndim (3) Bəyənmədim (0)


Bolqarıstan Milli Radiosu (BNR) bir mənbəyə istinadən xəbər verir ki, AB-nin Ukraynaya 90 milyard avroluq krediti təsdiqlənib və yenidən müzakirə olunmayacaq. Macarıstanın krediti bloklaması fevral ayında elan edilib.

Mənbə bildirib ki, "Ukraynaya kredit təsdiqlənib və yenidən müzakirə olunmayacaq". Mənbənin sözlərinə görə, Avropa Şurasının prezidenti António Kosta ötən gün Macarıstanın Baş naziri Viktor Orbanla danışıb və ona Macarıstanın da qatıldığı dekabr qərarına riayət etməyin vacibliyini xatırladıb.

Fevral ayında Financial Times qəzeti Macarıstanın Rusiya neftinin Macarıstan və Slovakiyaya tranzitini dayandırdıqdan sonra Ukrayna üçün krediti blokladığını bildirib. Qəzetin məlumatına görə, qərar aprel seçkilərindən əvvəl verilib və bu, Viktor Orbanın istefasına səbəb ola bilər.

Əziz MUSTAFA