Telegramın Rusiyada bloklanma səviyyəsi 80%-ə çatıb

Telegramın Rusiyada bloklanma səviyyəsi 80%-ə çatıb

13:12
Bəyəndim (2) Bəyənmədim (0)


Rusiyadan Telegram domenlərinə uğursuz sorğuların payı orta hesabla demək olar ki, 80%-ə çatıb, bəzi federal dairələrdə isə bu göstərici 90%-ə yaxınlaşıb. Oxuməni.az xəbər verir ki, bu barədə "Kommersant" "Merilo" xidmətinin məlumatlarına istinadən yazır.
Nəşr qeyd edir ki, martın 14-15-dəki həftəsonundan başlayaraq Telegramın iş sürəti əhəmiyyətli dərəcədə azalıb. Əvvəllər messencerdə foto və videolar fasilələrlə yüklənirdisə, indi mətn mesajları da gecikmə ilə göndərilir.
Uğursuz sorğuların payı regiondan regiona fərqlənir ki, "Kommersant"ın müsahibə aldığı ekspertlər bunu trafikin filtrlənməsi üçün avadanlığın tənzimlənməsinin xüsusiyyətləri ilə əlaqələndirirlər. "Telekom Birjası"nın rabitə xidmətlərinin inkişafı və istismarı üzrə direktoru Anastasiya Bicelovanın sözlərinə görə: "Trafikin filtrlənməsi üçün avadanlıq provayderlərdə tədricən və müxtəlif sürətlə tənzimlənir: bəzi yerlərdə sistemlər artıq tam gücü ilə işləyir, bəzi yerlərdə isə sınaq mərhələsindədir".
O hesab edir ki, arxitekturasına görə Telegramı 100% texniki cəhətdən söndürmək çox çətindir, lakin "ondan istifadənin qeyri-mümkün olacağı vəziyyətə gətirmək tamamilə realdır".
Almaz Həsənli