İran Xarq adasına hücum ediləcəyi təqdirdə ABŞ-ı "kül dağları" ilə hədələyib
Əgər ABŞ İranın Xarq adasına hücum etmək qərarına gəlsə, Yaxın Şərq ölkələrinin neft və qaz obyektləri "kül dağlarına" çevrilə bilər. Oxuməni.az xəbər verir ki, bu barədə İran ordusunun Baş Qərargahının rəsmi nümayəndəsi Əbülfəzl Şəkərçi bildirib. Onun bəyanatını “Fars” agentliyi yayıb.
“Əgər ABŞ Xarq adasındakı obyektlərə və onun neft terminalına zərbə endirsə, İran dərhal hücumun həyata keçirildiyi ölkələrin neft və qaz infrastrukturuna cavab zərbəsi endirəcək və bu obyektlər "kül dağlarına" çevriləcək", - deyə Şəkərçi bildirib.
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına fevralın 28-də başlanıb. Zərbələr Tehran da daxil olmaqla ölkənin ən böyük şəhərlərinə endirilib.
Almaz Həsənli
Digər xəbərlər


















































































