AB ABŞ-ın tələbi ilə Hörmüz boğazına gəmi göndərməyə hazır olmadığını bildirib
Avropa Birliyinə (AB) üzv dövlətlər təhlükəsizliyi təmin etmək üçün gəmilərini Hörmüz boğazına göndərməyə hazır deyillər. RİA Novosti xəbər verir ki, bunu AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas AB xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
O, Yaxın Şərqdəki münaqişənin "Avropanın müharibəsi" olmadığını vurğulayıb.
"Bu bölgədə Qırmızı dənizdə Aspides Əməliyyatı var. Müzakirə onu gücləndirmək barədə idi, çünki onun çoxlu dəniz aktivləri yoxdur; daha çoxuna ehtiyacı var", - deyə diplomat bildirib.
Kallasın sözlərinə görə, görüşdə Hörmüz boğazını da əhatə edəcək Aspides Əməliyyatının genişləndirilməsi məsələsi də qaldırılıb.
"Üzv dövlətlər arasında buna hazırlıq yox idi", - deyə AB nümayəndəsi vurğulayıb.
Martın 16-da ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Mett Uitaker Amerika tərəfinin müttəfiqlərin Hörmüz boğazından gəmilərin keçməsini təmin etmək üçün gəmilər göndərməsində israr edəcəyini açıqladı. O, əlavə etdi ki, Vaşinqton hər gün NATO tərəfdaşlarından kömək tələb etmək niyyətindədir.
Əziz Mustafa


















































































