Fransa nümayəndələrinin Rusiyaya səfərinin təfərrüatları açıqlandı
Fransa nümayəndələri Moskvanın Ukrayna üzrə dialoqda Avropanın yerini tanımasını istəmək üçün Rusiyaya səfər ediblər. Bu barədə Financial Times (FT) qəzeti avropalı diplomata istinadən məlumat yayıb.
Məqalədə deyilir: "Fransa rəsmiləri Moskvanı Kiyevin Avropa müttəfiqlərinin danışıqlar masasında yer almasına çağırıblar".
Qəzetin məlumatına görə, fransız diplomat Emmanuel Bonne və Fransa prezidentinin müşaviri Bertrand Buşvalter Rusiyaya səfər ediblər. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov onların təkliflərinə mənfi cavab verib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Fransa hökumətinin nümayəndəsi Ukraynadakı münaqişə ilə bağlı danışıqlar aparmaq üçün Rusiyaya səfər edib. Kreml sözçüsünün sözlərinə görə, o, Avropanın sülh prosesinə kömək etmək istəyi barədə heç bir müsbət siqnal göndərməyib.
Əziz Mustafa



















































































