Çin İrana 200 000 dollar humanitar yardım göstərəcək
Çin Qızıl Xaçı İran Qızıl Aypara Cəmiyyətinə 200 000 ABŞ dolları məbləğində təcili humanitar yardım göstərəcək. Oxuməni.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qu Tszyakun məlumat verib.
Vəsaitlər, xüsusilə, münaqişə zamanı həlak olmuş tələbələrin valideynlərinə dəstək göstərilməsi və zərərçəkənlərə yardım üçün istifadə olunacaq.
"Çin mülki şəxslərə və qeyri-hərbi hədəflərə qarşı bütün seçməz hücumları qınayır", - deyə Qu gündəlik mətbuat brifinqində vurğulayıb.
XİN nümayəndəsi əlavə edib ki, Pekin İrana gələcəkdə lazımi yardım və dəstək göstərməyə, həmçinin mövcud vəziyyətdə İran xalqına kömək etməyə hazırdır.
Almaz Həsənli
Digər xəbərlər

































































.jpg)
.jpg)
.jpg)














