Çin iki "Shiyan-30" eksperimental peykini orbitə çıxarıb

Çin iki "Shiyan-30" eksperimental peykini orbitə çıxarıb

10:20
Bəyəndim (1) Bəyənmədim (0)

Çin iki "Shiyan-30" eksperimental peykini orbitə çıxarıb. Oxuməni.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Buraxılış yerli vaxtla saat 06:33-də Sıçuan əyalətinin cənub-qərbində yerləşən Siçan kosmodromundan həyata keçirilib. Aparatlar "Long March-2D" daşıyıcı raketi vasitəsilə kosmosa göndərilib.
Bu seriyadan olan peyklər elmi təcrübələr, ətraf mühitin monitorinqi və yeni texnologiyaların sınaqdan keçirilməsi üçün nəzərdə tutulub.
Hazırkı buraxılış "Long March" seriyalı daşıyıcı raketlər üçün 632-ci olub.

Almaz Həsənli