Türkiyə səmasında daha bir raket zərərsizləşdirilib

Türkiyə səmasında daha bir raket zərərsizləşdirilib

15:27
Bəyəndim (2) Bəyənmədim (0)


İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik mərmi, Şərqi Aralıq dənizində yerləşdirilən NATO-nun hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.
Oxuməni.az “Bloomberg”ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilir.
"Ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş hər hansı bir təhlükəyə qarşı bütün zəruri tədbirlər qətiyyətlə və tərəddüdsüz həyata keçirilir. Hadisənin bütün aspektlərini aydınlaşdırmaq üçün müvafiq dövlətlə məsləhətləşmələr aparılır. Bölgədəki bütün hadisələr yaxından izlənilir və qiymətləndirilir. Milli təhlükəsizlik prioritetdir”, - deyə bəyanatda qeyd olunur.
Bu, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlanmasından bəri üçüncü belə müdaxilədir. Əvvəlki müdaxilələrdən sonra “Bloomberg” Yaxın Şərqdəki münaqişəyə NATO-nun daha birbaşa cəlb olunma riskinin artdığını qeyd etmişdi.
Almaz Həsənli