G7 liderləri Trampı İranla müharibəni tez bitirməyə çağırıblar

G7 liderləri Trampı İranla müharibəni tez bitirməyə çağırıblar

14:55
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp martın 11-də onlayn görüş zamanı G7 liderlərinə bildirib ki, İran "kapitulyasiya etmək üzrədir". Oxuməni.az xəbər verir ki, bu barədə “Axios” G7 ölkələrindən üç rəsmidən sitat gətirərək məlumat verib.
Görüş zamanı Ağ Evin sahibi həmçinin bildirib ki, "hamımızı təhdid edən xərçəng şişindən" qurtulub. Bundan əlavə, Tramp əlavə edib ki, "İranın liderinin kim olduğunu heç kim bilmir, ona görə də kapitulyasiya elan edəcək kimsə yoxdur".
Nəşrin mənbələri bildirib ki, G7 liderləri Trampı müharibəni mümkün qədər tez dayandırmağa çağırıb və Hörmüz boğazının təhlükəsizliyini təmin etməyin vacibliyini vurğulayıblar.
Almaz Həsənli