İranın yeni Ali Rəhbəri xalqa ilk müraciətini etdi
İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei xalqa ilk müraciətini etdi. “Mehr” xəbər agentliyinə istinadən Oxuməni.az-ın məlumatına görə, Xamenei İran ordusunun Vətəni müdafiə sahəsindəki səylərini yüksək qiymətləndirib.
O, həmçinin xüsusilə Minabda məktəbə hücumda həlak olan 170 uşaq başda olmaqla, bütün qurbanların qisasını alacaqlarını bildirib.
Xamenei Fars körfəzi ərəb ölkələrinə hücumların davam edəcəyini qeyd edib. Onun sözlərinə görə, regiondakı Amerika hərbi bazaları bağlanmalı və bu bazalara hücumlar olacaq.
Müctəba Xamenei, həmçinin İranın Hörmüz boğazını bağlamaq imkanlarından istifadə etməyə davam etməli olduğunu bildirib.
Almaz Həsənli
Digər xəbərlər






















































.jpg)
.jpg)
.jpg)
























