İran  İraqdakı Fransa bazasına hücum edib, itkilər var

İran İraqdakı Fransa bazasına hücum edib, itkilər var

07:56
Bəyəndim (2) Bəyənmədim (0)


İraqın şimalındakı Ərbil Hava Limanı yaxınlığındakı hərbi bazaya dron hücumu nəticəsində ən azı altı əsgər yaralanıb.

12 Mart Cümə axşamı günü, axşam saatlarında, İraqın Məxmur rayonundakı Fransa əsgər bazasına İranın dron hücumu nəticəsində ən azı altı fransız əsgəri yaralanıb. Reuters-in məlumatına görə, bu barədə Ərbil valisi Omed Koşnau məlumat verib.

Fransa ordusu da agentliyə altı əsgərin dərhal ən yaxın tibb mərkəzinə aparıldığını təsdiqləyib. Təhlükəsizlik mənbələri hücumu İran istehsalı olan dronların həyata keçirdiyini bildirib.

Hücumun təfərrüatları hələlik məlum deyil; Ərbil qubernatorunun sözlərinə görə, hadisənin səbəbləri araşdırılır.

Xatırladaq ki, dünən gecə İraq Kürdüstanındakı İtaliya hərbi bazası hava hücumuna məruz qalıb; itki olmayıb.

Əziz MUSTAFA