Mərkəzi Komandanlıq (CENTCOM) rəhbəri müharibənin əvvəlindən bəri 60 İran gəmisinin məhv edildiyini bildirib
ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper video müraciətində bildirib ki, İrana qarşı hərbi əməliyyatın başlanğıcından bəri ABŞ 5500-dən çox hədəfə zərbə endirib və 60-dan çox hərbi gəmini məhv edib.
"Biz İran qüvvələrini metodik şəkildə məhv edirik, hər gün ballistik raketlərə, dronlara və onların sənaye bazasına zərbələr endiririk. İranın hücumları kəskin şəkildə azalıb", - deyə general bildirib.
Onun sözlərinə görə, ABŞ ordusu Süleymani sinfinə aid son dörd korveti məhv edib. Döyüş təyyarələri hər gün İran hədəflərinə zərbələr endirir. Dünən gecə Amerika strateji bombardmançı təyyarələri böyük ballistik raket istehsalı müəssisəsinə basqın edib.
General qeyd edib ki, Amerikanın səyləri hazırda İranın Hörmüz boğazında güc nümayiş etdirmək və gəmiçiliyi qadağan etmək qabiliyyətini pozmağa yönəlib.
"Amerika qüvvələri İran rejiminə qarşı dağıdıcı zərbələr endirməyə davam edir. Biz İranın güc tətbiq etmək qabiliyyətini aradan qaldırmaq kimi çox aydın hərbi məqsədə çatmağa diqqət yetiririk", - deyə Mərkəzi Komandanlıq rəisi bildirib.
Əziz Mustafa





















.jpg)
.jpg)
.jpg)

























































