Prezident Ərdoğandan sərt xəbərdarlıq: "Türkiyəyə uzadılan əl də, bizə təcavüz edən dil də yanacaq"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bölgəki münaqişə vəziyyətini ilə bağlı türk düşmənlərinə sərt şəkildə xəbərdarlıq edib.
O Türkiyəyə İrandan atılan ballistik raketlərlə bağlı məsələyə olduqca sərt reaksiya verərək deyib: "Türkiyəyə uzadılan əl yanacaq, bizə təcavüz edən dil də yanacaq. Heç bir ölkənin suverenliyində və ya torpaqlarında gözümüz yoxdur, amma kimsə torpaqlarımıza baxırsa, suverenliyimizə təcavüz edirsə və macəra axtarırsa, onlara "Cəsarətiniz varsa gəlin" deməkdən çəkinməyəcəyik."
Prezident Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki partiyasının qrupunun iclasında ABŞ, İsrail və İran arasında davam edən müharibə ilə bağlı bəzi diqqətəlayiq qiymətləndirmələr etdi.
Əziz MUSTAFA
Digər xəbərlər


















































































