Çindən İrana sürpriz xəbərdarlıq: Biz Fars körfəzi ölkələrini hədəf alan hücumları pisləyirik
ABŞ, İsrail və İran arasında müharibənin yayılma riskinin artması ilə Çindən yeni bir açıqlama gəldi. Pekin administrasiyası mülki şəxsləri və qeyri-hərbi hədəfləri təhlükəyə atan İranın Fars körfəzi ölkələrini hədəf alan hücumlarını bağışlamadığını açıqladı.
Oxuməni.az xəbər verir ki, bununla bağlı Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciqunun verdiyi bu açıqlama böyük bir ajiotaj yaradıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciankun mətbuat konfransında Fars körfəzi bölgəsindəki son hadisələrə toxundu. Quo mülki şəxsləri və qeyri-hərbi hədəfləri təhlükəyə atan hücumları bağışlamadıqlarını bildirdi və bu cür hərəkətlərin regional təhlükəsizliyi ciddi şəkildə təhdid etdiyini vurğuladı.
Sözçü Guo Jiankun İranın adını birbaşa çəkməsə də, son günlərdə Körfəz ölkələrinə edilən hücumların qəbuledilməzliyi barədə açıq bir mesaj çatdırdı. Guo qeyd etdi ki, mülki şəxslərə və vacib infrastruktura edilən hücumlar qəbuledilməzdir və bütün tərəflər gərginliyi artıra biləcək addımlardan çəkinməlidirlər.
Çin hökuməti bəyanatında bütün tərəfləri təmkinli olmağa çağıraraq, mülki şəxslərə hücumların regional sabitliyi daha da təhdid edə biləcəyini qeyd edib. Pekin hökuməti həmçinin Yaxın Şərqdəki münaqişələrin daha geniş müharibəyə çevrilə biləcəyindən narahatlığını ifadə edib.
Ekspertlər hesab edirlər ki, Çinin bəyanatı həm Fars körfəzində enerji təhlükəsizliyinə verdiyi əhəmiyyəti, həm də regiondakı münaqişələrin qlobal iqtisadi tarazlığa təsir göstərə biləcəyindən narahatlığını əks etdirir.
Əziz MUSTAFA


















































































