İran danışıqların bərpası üçün ABŞ-dan zəmanət tələb etdi
İran rəsmiləri diplomatik prosesin bərpası üçün Amerika tərəfindən müəyyən zəmanətlər tələb ediblər. Oxuməni.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.
Bildirilir ki, Tehran atəşkəs danışıqlarında vasitəçilik etməyə çalışan ölkələrin bütün təkliflərindən imtina edib.
Bunun əvəzinə İran, ABŞ-ın gələcəkdə respublikaya hücum etməyəcəyinə, təzminat ödəyəcəyinə və Tehranın atom enerjisi obyektlərində tam nüvə yanacaq dövranının həyata keçirilməsinə razı olacağına dair zəmanət verməsini tələb edir.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp, İsraillə birgə İrana qarşı hərbi əməliyyatın yaxın zamanda başa çatacağını bildirmişdi. O, bunu "bəzi şəxslərdən" xilas olmaq üçün "qısa müddətli səyahət" adlandırmışdı.
Yaxın Şərqdəki münaqişə fevralın 28-də İsrail və ABŞ-ın İrana ilk zərbələri endirməsi ilə kəskinləşdi. Buna cavab olaraq, İslam Respublikası İsrail dövlətinə və Bəhreyn, Küveyt, Qatar, BƏƏ, Səudiyyə Ərəbistanı və İordaniyada yerləşən Amerika hərbi bazalarına hücum etdi.
Almaz Həsənli


















































































