Tramp: Kubanın ələ keçirilməsi dostcasına və ya düşməncəsinə ola bilər

Tramp: Kubanın ələ keçirilməsi dostcasına və ya düşməncəsinə ola bilər

12:39
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp bildirib ki, dövlət katibi Marko Rubio Kuba hakimiyyəti ilə razılaşma üzərində işləyir. Bu barədə Oxuməni.az “Kommersant”a istinadla xəbər verir ki, Tramp bu barədə Floridada keçirilən mətbuat konfransında bildirib. Cənab Trampın bəyanatından belə çıxır ki, bu razılaşmanın nəticəsində ABŞ adaya "dostcasına" nəzarət edə biləcək. Yaxud da düşməncəsinə variantdan istifadə edə bilər.
"Bunun əhəmiyyəti yoxdur, çünki onlar, necə deyərlər, "son nəfəslərini verirlər". Onların enerjisi yoxdur. Onların pulu yoxdur. Onlar dərin humanitar böhran içindədirlər. Və biz bunu görmək istəmirik. Lakin onlar, bildiyiniz kimi, bir çox insanlara və bir çox həmvətənlərimizə qarşı çox pis davranıblar", – cənab Tramp mətbuat konfransında (yayım Ağ Evin YouTube kanalı tərəfindən aparılırdı) bildirib.
ABŞ hakimiyyətinin hansı razılaşma üzərində işlədiyi məlum deyil. Bununla belə, Donald Tramp ilk dəfə deyil ki, Havana ilə Vaşinqton arasında "çox yüksək səviyyədə" danışıqlar aparıldığını və bəlkə də ABŞ-ın "Kubanın dostcasına ələ keçirilməsini" həyata keçirə biləcəyini deyir.
USA Today-in məlumatına görə, ABŞ hakimiyyəti Kuba ilə razılaşmanı yaxın vaxtlarda elan edə bilər. Nəşrin mənbələrinin sözlərinə görə, Havana ilə müzakirə olunan məsələlər arasında prezident Migel Dias-Kanelin hakimiyyətdən getməsi ssenarisi, Fidel Kastronun ailəsinin adadakı statusu, eləcə də enerji, turizm və liman təsərrüfatı sahələrində razılaşmaların əldə edilməsi daxildir. Bununla yanaşı, ABŞ hökuməti Kubaya qarşı bəzi sanksiyaların ləğv edilməsi imkanını da nəzərdən keçirirdi.
Almaz Həsənli