İran Fars körfəzində tankerlər və gəmilərdən təhlükəsizlik haqqı almağı planlaşdırır
İran ABŞ-ın müttəfiqi olan ölkələrə məxsus neft tankerləri və ticarət gəmiləri üçün Fars körfəzində təhlükəsizlik haqqı almağa başlayacaq. Oxuməni.az xəbər verir ki, bu barədə CNN ölkə rəhbərliyinin planları ilə tanış olan İrandakı mənbəyə istinadən məlumat yayıb.
Telekanalın həmsöhbətinin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın əksinə olan bəyanatlarına baxmayaraq, Hörmüz boğazı "bağlıdır".
"Biz dünya neft qiymətlərini tənzimləmək üçün rıçaqı əlimizdə saxlayırıq və ABŞ qiymətlərin tənzimlənməsi ilə bağlı hərəkətlərimizi uzun müddət gözləməli olacaq. Enerji qiymətləri qeyri-sabitləşib və biz Tramp məğlubiyyətini elan edənə qədər mübarizəni davam etdirəcəyik", - mənbə bildirib.
Öz növbəsində, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Sərdar Naini bildirib ki, İran silahlı qüvvələri ABŞ-ın tərəfdaşlarına regiondan "bir litr də olsun neft" çıxarmağa icazə verməyəcək. Onun fikrincə, onların "neft və qaz qiymətlərini azaltmaq və nəzarət etmək" cəhdləri nəticəsiz qalacaq.
Almaz Həsənli


















































.jpg)
.jpg)
.jpg)































