Tramp: İranla müharibə demək olar ki, bitdi
Prezident Donald Tramp ABŞ və İsrailin İranı parçaladığını bəyan etdi: İslam Respublikasının nə donanması, nə rabitəsi, nə də hava qüvvələri qalmadığını söylədi. Cənab Trampın fikrincə, müharibə demək olar ki, bitib.
"Onların raketləri demək olar ki, yox olub. Onların dronları istehsal müəssisələri də daxil olmaqla hər yerdə məhv edilir... Onlar əllərində olan hər şeyi istifadə ediblər və daha çox hiyləgərlik etməmələri daha yaxşıdır, əks halda bu ölkənin sonu olacaq... Əgər onlar pis bir şey etsələr, bu, İranın sonu olacaq və siz bu adı bir daha eşitməyəcəksiniz", - deyə cənab Tramp CBS News-a verdiyi müsahibədə bildirib.
Eyni zamanda, prezident əlavə edib ki, ABŞ Hörmüz boğazı ilə bağlı "çox şey edə bilər". O, kanalın artıq açıq olduğunu və gəmilərin ora girdiyini bildirib, lakin qeyd edib ki, o, hələ də "kanalın nəzarətini ələ keçirməyi düşünür".
Prezident Müctəba Xameneinin İranın Ali Lideri təyin olunması ilə bağlı şərh verməyib. Ağ Ev rəhbəri bildirib ki, "Ona heç bir mesajım yoxdur". O, ölkəyə rəhbərlik etməli olan başqa bir şəxsin ağlında olduğunu əlavə etdi.
Əziz MUSTAFA




































.jpg)
.jpg)
.jpg)












































