İranlı qadın futbolçuların yeddisi ölüm cəzasından qorxaraq komandadan qaçıb
CNN Sports-un məlumatına görə, 9 martda İran qadın milli komandasının yeddi oyunçusu milli komandanın düşərgəsindən qaçıb. Onlardan beşi Avstraliya polisi tərəfindən qorunur və artıq siyasi sığınacaq üçün müraciət edib. Digər ikisinin taleyi hələ də məlum deyil.
CNN Sports xəbər verir ki, 8 martda Filippinlə oyundan sonra ən azı üç oyunçu komanda avtobusunda beynəlxalq yardım jesti edib. Avtobusu əhatə edən azarkeşlər polisdən oyunçuları xilas etmələrini istəyiblər. Həmçinin bildirilib ki, İran Futbol Federasiyasının prezidenti Mehdi Tac komanda ilə danışmaq istəyib, lakin vizası rədd edilib.
Daha əvvəl Donald Tramp Avstraliyanın Baş naziri Entoni Albaneseyə müraciət edərək iranlı qadın futbolçulara sığınacaq verilməsini istəyib. ABŞ prezidenti bildirib ki, Avstraliya onların ölkəni tərk edib İrana qayıtmalarına icazə verməklə "dəhşətli humanitar səhv edir", "orada çox güman ki, öldürüləcəklər". Donald Tramp özünün Truth Social səhifəsində yazıb: "Səhv etməyin, cənab Baş nazir, sığınacaq verin. Əgər siz bunu etməsəniz, ABŞ onları qəbul edəcək!".
İranlı qadın futbolçular turnirin açılış matçından əvvəl dövlət himnini oxumaqdan imtina etdiklərinə görə dövlət televiziyasının aparıcısı Məhəmməd Rza Şahbazi tərəfindən "müharibə dövrü xainləri" adlandırılıb. İkinci matçdan əvvəl iranlılar salam verərkən himni oxuyublar. Komandaya müxtəlif təzyiq metodlarına da işarə edən insan haqları fəalları idmançıların İrana qayıtdıqdan sonra ölüm hökmü ilə üzləşə biləcəklərinə inanırlar.
Əziz Mustafa













































.jpg)
.jpg)
.jpg)




































