Müharibənin əvvəlindən bəri İranda səkkiz ABŞ hərbçisi həlak olub

Müharibənin əvvəlindən bəri İranda səkkiz ABŞ hərbçisi həlak olub

11:39
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-ın İrana qarşı hərbi əməliyyatının başlanmasından bəri həlak olan amerikalı hərbçilərin sayı səkkizə çatıb. Martın 8-i bazar günü gecə saatlarında hərbçilərdən biri "İran rejiminin Yaxın Şərqdəki ilk hücumları" zamanı aldığı yaralardan dünyasını dəyişib.

Oxuməni.az “Deutsche Welle”yə istinadla xəbər verir ki, bu barədə həmin gün ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib.

Komandanlığın məlumatına görə, o, martın 1-də Səudiyyə Ərəbistanında Amerika qüvvələrinə edilən hücum zamanı ağır yaralanıb.

Daha altı amerikalı hərbçi martın 1-də Küveytdə pilotsuz təyyarələrin zərbəsi nəticəsində həlak olub. Şənbə günü, martın 7-də ABŞ prezidenti Donald Tramp Delaver ştatının Dover aviabazasında onların cəsədlərinin təhvil verilməsi mərasimində iştirak edib.

CENTCOM həmçinin ABŞ Milli Qvardiyasının daha bir əsgərinin ölümü barədə məlumat verir: Mərkəzi Komandanlığın məlumatına görə, o, martın 6-da Küveytdə "təcili tibbi yardım göstərilərkən sağlamlıqla bağlı insident nəticəsində" dünyasını dəyişib. Dəqiq ölüm səbəbi müəyyənləşdirilir. Bununla belə, komandanlıq bu hərbçinin ölümünün ABŞ-ın İrandakı hərbi əməliyyatı ilə əlaqəli olduğunu bildirmir.

Almaz Həsənli