Tramp İranla müharibəyə son qoymaq qərarının qəbul edilməsi detallarını açıqladı
İrana qarşı hərbi əməliyyatın başa çatdırılması qərarı İsrailin Baş naziri Benyamin Netanyahu ilə birlikdə qəbul ediləcək. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Times of Israel"ə müsahibəsində bildirib.
"Düşünürəm ki, bu, müəyyən dərəcədə qarşılıqlı qərardır... Biz ünsiyyətdəyik. Mən lazımi anda qərar verəcəyəm, lakin hər şey nəzərə alınacaq", - siyasətçi qeyd edib.
Tramp İrana qarşı əməliyyatın başa çatdırılması qərarını təkbaşına qəbul edib-etməyəcəyi, yoxsa Netanyahunun da vəziyyətə təsir edib-etməyəcəyi ilə bağlı suala belə cavab verib.
Xatırladaq ki, fevralın 28-də İsrail dövlətə təhdidləri aradan qaldırmaq üçün İrana (Tehrana) qarşı qabaqlayıcı zərbə endirib. Həmçinin məlum olub ki, İrana hücum İsrail və ABŞ-ın birgə əməliyyatıdır. Bir müddət sonra İran İsrailə və ABŞ-ın hərbi bazalarına cavab zərbələri endirməyə başlayıb.
Almaz Həsənli




















.jpg)
.jpg)
.jpg)



























































