ABŞ Çini Rusiya neftinin alışını azaltmağa məcbur etmək niyyətindədir
Maliyyə naziri Skott Bessent, Çin rəsmiləri ilə danışıqlar gündəminə Rusiya neftinin alışının azaldılması məsələsini daxil etməyi nəzərdən keçirir. Oxuməni.az xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadən yazır.
Son günlərdə Skott Bessent ABŞ-ın keçmiş rəsmiləri, biznes rəhbərləri və siyasi analitiklər ilə məsləhətləşmələr aparıb. Bu məsləhətləşmələr zamanı maliyyə naziri Vaşinqtonun Çini Rusiya nefti əvəzinə ABŞ nefti almağa məcbur etmək istədiyini bildirib. Mənbələrin sözlərinə görə, cənab Bessent bu məsələni martın ortasında Parisdə Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Xə Lifen ilə görüşündə qaldıra bilər. Bu görüşdə aprel ayına təyin edilmiş Donald Tramp və Si Cinpin görüşünün mövzuları müzakirə olunacaq.
WSJ-nin yazdığına görə, ABŞ nefti Rusiya neftindən xeyli bahadır. Bundan əlavə, alışların dayandırılması Moskva və Pekin arasındakı münasibətlərə xələl gətirə bilər. Bununla belə, ABŞ prezidentinin administrasiyası kompromisə nail olacağına inanır.
Almaz Həsənli



































.jpg)


.jpg)
.jpg)
.jpg)

































.jpg)






