İsrail ordusu İrana və Livana yeni zərbələr endirib

İsrail ordusu İrana və Livana yeni zərbələr endirib

11:23
Bəyəndim (2) Bəyənmədim (0)


İsrail Müdafiə Ordusu İrana və Livana, o cümlədən Tehran və Beyrutdakı hədəflərə yeni zərbələr endirib. Oxuməni.az xəbər verir ki, bu barədə “Associated Press” İsrail hərbçilərinə istinadən məlumat yayıb.
İsrail Müdafiə Ordusunun bəyanatına görə, hücumlar nəticəsində "İranın hava hücumundan müdafiə sisteminin və raket buraxılış qurğularının böyük hissəsi" məhv edilib. AP yazır ki, şahidlər İsrailin İrana endirdiyi yeni zərbələr seriyasını xüsusilə intensiv kimi təsvir edirlər. Daha əvvəl ABŞ müdafiə naziri Pit Heqset bəyan etmişdi ki, İranın bombalanması "kəskin şəkildə güclənəcək".
Öz növbəsində, cümə günü səhər İran pilotsuz təyyarələr və ballistik raketlərlə Küveyt, Səudiyyə Ərəbistanı, Bəhreyn və Qatardakı hədəflərə zərbələr endirib. Bu ölkələrdə Amerika hərbi bazaları yerləşir.
Almaz Həsənli