İran təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən Xameneinin varisinin elan edilməsini təxirə salıb

İran təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən Xameneinin varisinin elan edilməsini təxirə salıb

07:47
Bəyəndim (3) Bəyənmədim (0)


İran təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən öldürülmüş Ali Rəhbər Ayətullah Əli Xameneinin varisinin təyin edilməsini təxirə salıb. Bu barədə The New York Times qəzeti iki İran rəsmisinə istinadən məlumat verir.

Nəşrin mənbələrinə görə, Ayətullah Xameneinin oğlu Müctəbanın Ali Rəhbər vəzifəsinə əsas namizəd olduğu məlum olduqdan sonra onun təhlükəsizliyi ilə bağlı narahatlıqlar artıb.

İsrail müdafiə naziri İsrael Katz çərşənbə günü bildirib ki, İran tərəfindən Xameneinin yerinə təyin edilən hər hansı bir lider "məhv edilmək üçün hədəfə alınacaq".

ABŞ prezidenti Donald Tramp öz növbəsində Xameneinin oğlu Müctəbanın namizədliyini qəbuledilməz adlandırıb.

Tramp Axios-a verdiyi müsahibədə vurğulayıb ki, "İrana harmoniya və sülh gətirəcək birini görmək istəyirik".

İranın Ali Rəhbəri Xamenei 28 fevralda ABŞ və İsrailin hava hücumları nəticəsində öldürülüb.

Daha əvvəl The New York Times mənbələrə istinadən xəbər vermişdi ki, Müctəba Xamenei İranın Ali Rəhbəri vəzifəsinə əsas namizəddir.

Əziz MUSTAFA