Fransa BƏƏ-yə daha altı Rafale qırıcı təyyarəsi göndərdi

Fransa BƏƏ-yə daha altı Rafale qırıcı təyyarəsi göndərdi

15:06
Bəyəndim (1) Bəyənmədim (0)

Fransa Silahlı Qüvvələri naziri Ketrin Votrin RTL-ə bildirib ki, Paris Birləşmiş Ərəb Əmirliklərinə əlavə altı Rafale qırıcı təyyarəsi göndərib.

"Razılaşmamızın bir hissəsi olaraq Əmirliklərdə artıq Rafale qırıcılarımız var idi. Əmirliklərə əlavə altı Rafale qırıcısı göndərildi və onlar artıq çatıb", - deyə o bildirib.

İran tərəfindən hədəfə alınan BƏƏ-dəki iki hərbi bazaya toxunan Votrin qeyd edib ki, onlar daha böyük komplekslərin bir hissəsi olduğundan, onların qəsdən hədəfə alınıb-alınmadığı hələ də məlum deyil. "Bu gün Fransanın hədəf olub-olmadığı müəyyən edilməyib", - deyə o bildirib. "Unutmaq vacibdir ki, heç kim xəsarət almayıb və bazalar tam işlək vəziyyətdədir."

Nazir vurğulayıb ki, "qoşunların Yaxın Şərqə - yerləşdirilməsi müzakirə mövzusu deyil" və Fransanın Yaxın Şərq münaqişəsindəki mövqeyi "ciddi müdafiə xarakteri daşıyır". Votren bildirib ki, "Fransa müharibədə iştirak etmir; biz müdafiə mövqeyi tuturuq, hücum etmirik".

Əziz MUSTAFA