Peskov: İran Rusiyadan hərbi yardım üçün müraciət etməyib

Peskov: İran Rusiyadan hərbi yardım üçün müraciət etməyib

15:01
Bəyəndim (2) Bəyənmədim (0)



Yaxın Şərqdəki gərginliyin artması fonunda Rusiya İrandan yardım, o cümlədən silah-sursatla bağlı heç bir müraciət almayıb. Oxuməni.az xəbər verir ki, bu barədə brifinqdə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Dövlət başçısının mətbuat katibi Rusiyanın İrana yardım göstərmək planları ilə bağlı suallara cavab olaraq bildirib: "Bu halda İran tərəfindən heç bir müraciət olmayıb. Bizim ardıcıl mövqeyimiz hamıya yaxşı məlumdur. Burada heç bir dəyişiklik yoxdur" (TASS-dan sitat).
Rusiya və İran 2025-ci ilin yanvarında Siyasət, iqtisadiyyat, nəqliyyat, enerji və humanitar sahələrdə uzunmüddətli əməkdaşlıq çərçivəsini müəyyən edən, həmçinin təhlükəsizlik məsələləri üzrə yanaşmaların koordinasiyasını nəzərdə tutan Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi imzalayıblar.
Bununla belə, sənəddə müttəfiqlik öhdəlikləri tipli qarşılıqlı hərbi yardım müddəaları yoxdur: o, tərəflərdən birinin digərinin tərəfində münaqişəyə avtomatik daxil olmasını nəzərdə tutmur.
Almaz Həsənli