İran İsraili Dimona şəhərindəki nüvə reaktorunu partlatmaqla hədələyib
İran, İsrailin respublikada hakimiyyəti dəyişdirməyə cəhd edəcəyi təqdirdə Dimona şəhərindəki nüvə reaktorunu partlatmaqla hədələyib. Oxuməni.az xəbər verir ki, bu barədə ISNA agentliyi adı açıqlanmayan hərbi mənbəyə istinadən məlumat yayıb.
Bəyanatda deyilir: "Əgər ABŞ və İsrail İranda rejimi dəyişdirməyə cəhd etsələr, Tehran Dimona şəhərindəki atom reaktoruna zərbə endirəcək". İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hələlik bu barədə rəsmi şərh verməyib.
2025-ci ildə Tehran raket atışmaları mübadiləsi fonunda Dimonaya hücum edib və təkrar zərbələr endirmə ehtimalı barədə xəbərdarlıq edib. O zaman fəlakətin qarşısı alınıb və ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə – Fordo, Natanz və İsfahana, İslam Respublikasının nüvə proqramının mərkəzlərinə zərbələr endirib.
Əhalisi 40 mindən bir qədər çox olan Dimona şəhərində İsrailin iki nüvə tədqiqat mərkəzindən biri yerləşir. Təsdiqlənməmiş məlumatlara görə, orada tikilmiş atom reaktorunda yəhudi dövləti silah plutoniumu əldə edə bilər. Hərbi təyinatından başqa, mühəndislər orada texniki və tibbi məqsədlər üçün radioaktiv izotoplar da əldə edirlər.
Almaz Həsənli





























.jpg)
.jpg)
.jpg)





















.jpg)





.jpg)
.jpg)
.jpg)




















