Küveyt sahillərində tanker partlayıb və neft sızıntısı baş verib

Küveyt sahillərində tanker partlayıb və neft sızıntısı baş verib

11:35
Bəyəndim (2) Bəyənmədim (0)


Fars körfəzində, Küveyt sahillərindəki tankerdə güclü partlayış baş verib. Gəminin sol tərəfi zədələnib və su dolmağa başlayıb. Oxuməni.az “Deutsche Welle”yə istinadla xəbər verir ki, bu barədə cümə axşamı Böyük Britaniya Hərbi Dəniz Qüvvələri nəzdindəki UKMTO Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi məlumat verib.
Bəyanatda qeyd olunur ki, yük bölməsindən neft dənizə axır. Yanğın barədə məlumat verilmir, ekipaj xəsarət almayıb.
Mübarək əl-Kəbir şəhərindən 55 km cənubda lövbər salmış tankerin kapitanı bildirib ki, partlayışdan sonra gəmidən uzaqlaşan kiçik bir qayıq görüb. Küveyt Daxili İşlər Nazirliyi partlayışın ölkənin ərazi sularından kənarda baş verdiyini bildirib.
Son günlər İranda gedən müharibə fonunda Fars körfəzində, Hörmüz boğazında və Oman körfəzində gəmilər dəfələrlə atəşə tutulub. Bu eskalasiya nəticəsində dünya neft tədarükünün təxminən 20%-nin və mayeləşdirilmiş təbii qazın 30%-ə qədərinin keçdiyi strateji əhəmiyyətli Hörmüz boğazından demək olar ki, heç bir neft tankeri və gəmi keçmir ki, bu da dünya enerji qiymətlərinin artmasına səbəb olur. Martın 4-də İran Hörmüz boğazı üzərində "tam nəzarət" elan edib.
Almaz Həsənli