İspaniya ABŞ-ın hərbi əməkdaşlıqla bağlı iddialarını təkzib edib
İspaniya, Vaşinqtonun təzyiqinə boyun əyərək İranı vurmaq üçün hərbi bazalarını təqdim etməyə razılaşdığı barədə ABŞ-ın iddialarını təkzib edib. Oxuməni.az xəbər verir ki, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares çərşənbə günü Cadena SER radiostansiyasına verdiyi açıqlamada, Madrid hökumətinin mövqeyinin dəyişməz qaldığını bildirib.
Həmin gün daha əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Livitt, İspaniyanın ABŞ ordusu ilə hərbi əməkdaşlığa razılaşdığını bildirmişdi. Livitt, Donald Trampın Madridlə ticarət əlaqələrini kəsmək təhdidinə istinad edərək, "Düşünürəm ki, onlar dünən prezidentin mesajını aydın və birmənalı şəkildə eşitdilər" demişdi.
Albaresin sözlərinə görə, İspaniyanın ABŞ ilə "hərbi şəkildə əməkdaşlıq etməyə" hazır olması barədə xəbərlər "tamamilə həqiqətə uyğun deyil". "El País" qəzeti yazır ki, Baş nazir Pedro Sançes daha əvvəl İspaniyanın münaqişədəki mövqeyini "iki sözlə - müharibəyə yox" deyə xarakterizə etmişdi.
İspaniya, NATO-nun İran əleyhinə ABŞ və İsrailin hərbi əməliyyatına açıq şəkildə qarşı çıxan yeganə ölkəsi olub.
Almaz Həsənli























.jpg)
.jpg)
.jpg)





















.jpg)





.jpg)
.jpg)
.jpg)


























