Kanada hakimiyyəti Müdafiə Nazirliyinə İrana qarşı hərbi əməliyyatda iştiraka icazə verib
Kanada Baş naziri Mark Karni bildirib ki, Kanada qüvvələrinin İrana qarşı hərbi əməliyyatda iştirakını istisna etmir. Brifinqdə jurnalistlər tərəfindən hazırkı planların olub-olmadığı soruşulduqda, o, bunu təkzib edib. Lakin gələcəkdə belə bir ehtimalı istisna edib-etməyəcəyi barədə əlavə sual verildikdə, baş nazir fərqli cavab verib. Bu barədə CNN məlumat yayıb.
"Çox geniş yayıla biləcək bir münaqişədə fundamental hipotetik bir sual verdiniz. İran ətrafında baş son hadisələr buna işarə edir, ona görə də münaqişədə iştirakı qəti şəkildə istisna edə bilməzsiniz. Biz müttəfiqlərimizi dəstəkləyəcəyik", - deyə baş nazir cavab verib
28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. İlk gün Ali Lider Əli Xameneinin iqamətgahı dağıdılıb və ayətullah özü öldürülüb. İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, istənilən yeni İran lideri "məhv edilmək üçün hədəf" olacaq. Böyük Ayətullah Abdullah Cavadi Amoli cihadla bağlı fətva verib və "sionistlərin və ABŞ prezidenti Donald Trampın qanının tökülməsinə" çağırıb.
BMT-nin müstəqil beynəlxalq missiyası İsrail və ABŞ-ın İrana hücumlarının və Tehranın sonrakı qisas hərəkətlərinin BMT Nizamnaməsini pozduğu qənaətinə gəlib. Mark Karni 4 martda Kanadanın Qüds və Vaşinqtonun hərəkətlərini dəstəklədiyini, lakin bunu "təəssüflə" etdiyini bildirib, çünki "mövcud münaqişə beynəlxalq nizamın uğursuzluğunun daha bir nümunəsidir".
Əziz MUSTAFA






















.jpg)
.jpg)
.jpg)





















.jpg)





.jpg)
.jpg)
.jpg)



























