BMT QAK İran, Əfqanıstan, Livan və Suriyada ağır vəziyyətlə bağlı qaçqınlara kömək edəcək

BMT QAK İran, Əfqanıstan, Livan və Suriyada ağır vəziyyətlə bağlı qaçqınlara kömək edəcək

12:01
Bəyəndim (1) Bəyənmədim (0)

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Ofisi Yaxın Şərqdə münaqişənin gərginləşməsi səbəbindən İran, Əfqanıstan, Livan və Suriyada işçi heyətinin səfərbər olunduğunu elan etdi. Oxuməni.az xəbər verir ki, təşkilatın mətbuat xidmətinin məlumatına görə, onlar bu ölkələrdəki qaçqınlara kömək edəcəklər.

"BMT Qaçqınlar Agentliyinin işçi heyəti regionda böhranın pisləşməsi səbəbindən evlərindən qaçmağa məcbur olan insanlara kömək etmək üçün İran və Əfqanıstanda, eləcə də Livan və Suriyada səfərbərlik edir", - deyə bəyanatda bildirilir.

Təşkilat qeyd edib ki, milyonlarla qaçqın artıq münaqişənin gərginləşməsindən təsirlənən ölkələrdə yaşayır. Agentlik İranda səhiyyə, təhsil və sosial müdafiə sistemlərini dəstəkləməyə davam edir və təxminən 1,7 milyon qaçqına və qorunmağa ehtiyacı olan digər insanlara yardım göstərir. Pakistan və Əfqanıstanda BMT QAK-ın əməkdaşları qaçqınlara telefonla məsləhətləşmələr aparır. Təşkilat münaqişədən təsirlənən ölkələrdəki insanlara çadırlar, yorğanlar, qab-qacaq və digər zəruri əşyalar, eləcə də maliyyə yardımı göstərməyə hazır olduğunu bildirib.

BMT QAK həmçinin Livandan qaçqın axını halında Suriya sərhədinə işçilərini yerləşdirib. Suriyada artıq ərzaq ehtiyatları toplanıb.

26 fevral axşamı Pakistan və Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb. Kabil Pakistanın Əfqanıstan ərazisinə son hava hücumlarına cavab olaraq hərbi əməliyyat keçirdiyini açıqlayıb. Pakistanın müdafiə naziri Xavaca Asif ölkəsinin və Əfqanıstandakı Taliban hökumətinin hazırda açıq silahlı münaqişə vəziyyətində olduğunu açıqlayıb.

ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri vurulub. Ağ Ev hücumu İrandan gələn raket və nüvə təhdidlərinə istinad edərək haqlı çıxarıb. Daha sonra İsrail Hərbi Hava Qüvvələri Hizbullahın hücumlarına cavab olaraq Livan ərazisinə kütləvi zərbələr endirib.

Əziz MUSTAFA