Tramp İran milli komandasının 2026-cı il Dünya Çempionatında iştirak edib-etməməsinin onun üçün əhəmiyyətsiz olduğunu bildirib
ABŞ prezidenti Donald Tramp, İranın futbol üzrə milli komandasının 2026-cı ildə keçiriləcək Dünya Kubokunda iştirak edib-etməməsinin onun üçün fərq etmədiyini bildirib. Oxuməni.az “Sportbox.ru”ya istinadla xəbər verir ki, bu barədə Politico məlumat verib.
"Politico" Trampın sözlərini sitat gətirir: "İranın [Dünya Kubokunda] iştirak edib-etməməsi mənim üçün heç bir əhəmiyyət kəsb etmir. Düşünürəm ki, İran sarsıdıcı məğlubiyyətə uğramış bir ölkədir. Onlar özlərini sınağa çəkirlər".
ABŞ 2026-cı ildə Dünya Kubokuna Kanada və Meksika ilə birlikdə ev sahibliyi edəcək. İran Futbol Federasiyasının rəhbəri Mehdi Tac bildirib ki, milli komandanın turnirdə iştirakı sual altındadır.
Almaz Həsənli
Digər xəbərlər


















































































