CNN: Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İranda üsyan hazırlamaq üçün kürdləri silahlandırır

CNN: Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İranda üsyan hazırlamaq üçün kürdləri silahlandırır

07:00
Bəyəndim (0) Bəyənmədim (0)


CNN mənbələrə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İranda xalq üsyanını qızışdırmaq üçün kürd qüvvələrini silahlandırır.

Kanalın mənbələrinə görə, ABŞ prezident administrasiyası İran müxalifət qrupları və İrandakı kürd liderləri ilə hərbi dəstək barədə danışıqlar aparır. 3 martda Donald Tramp İran Kürdüstan Demokrat Partiyasının (KKDP) prezidenti Mustafa Hicri ilə danışıqlar aparıb.

Yaxın günlərdə İrandakı kürd silahlı qüvvələri ölkənin qərbində quru əməliyyatında iştirak edə bilər. "İndi böyük bir şansımız olduğunu düşünürük", - deyə ABŞ rəsmilərindən biri bildirib.

Mənbəyə görə, ABŞ hökumətinin ideyası kürd qüvvələrinin İran təhlükəsizlik qüvvələri ilə qarşı-qarşıya gəlməsidir. O, aydınlaşdırıb ki, bu, yanvar ayında olduğu kimi, böyük şəhərlərdəki İran vətəndaşlarına zorakı müqavimətlə qarşılaşmadan etiraz etməyə imkan verəcək. Başqa bir mənbə əlavə edib ki, kürdlər bölgədə xaos yaratmağa və İranın hərbi resurslarını tükəndirməyə kömək edə bilərlər.

Əziz MUSTAFA