FT: İsrail Ayətullah Əli Xameneini necə izləyib?
İranın Ali Lideri Ayətullah Əli Xameneinin öldürülməsi, İsrail kəşfiyyat agentlərinin Tehranın yol kameraları vasitəsilə ona illərlə apardığı təqibin nəticəsi olub. Oxuməni.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, "Mossad" əməkdaşları İran paytaxtındakı yol kameralarını qırıb, məlumatları şifrələnmiş şəkildə İsraildəki serverlərə ötürüblər. Qeyd olunur ki, əməliyyat başlamazdan xeyli əvvəl kəşfiyyatçılar Tehrana "böyüdükləri küçə kimi" tanış olublar.
FT-nin həmsöhbətlərindən biri dəqiqləşdirib ki, kameralardan birinin baxış bucağı, Pastör küçəsindəki Ali Liderin iqamətgahı yaxınlığındakı parkinqdə avtomobillərin yerini müəyyən etməyə imkan verib. Müşahidələr zamanı İsrail kəşfiyyatçıları qorunan kompleksin işləmə xüsusiyyətlərini anlamağa nail olublar.
Bundan əlavə, Xameneinin zərərsizləşdirilməsinə hazırlıq çərçivəsində, İsrail mütəxəssisləri yaxınlıqdakı təxminən 12 mobil rabitə qülləsinin ayrı-ayrı komponentlərini sıradan çıxarmağa nail olublar. Nəticədə, zəng edildikdə telefonlar məşğul görünürdü, buna görə də təhlükə barədə potensial xəbərdarlıqlar Ayətullahın mühafizə xidmətinə çatmırdı.
Almaz Həsənli
































.jpg)
.jpg)
.jpg)
























.jpg)























