İsrail ordusu Cənubi Livana girdi

İsrail ordusu Cənubi Livana girdi

12:41
Bəyəndim (2) Bəyənmədim (0)



İsrail Müdafiə Ordusu (SAXAL) şimal cəbhəsində müdafiənin gücləndirilməsi çərçivəsində Livan ərazisindəki sərhədyanı zonada bir neçə nəzarət nöqtəsini tutub. Oxuməni.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
" SAXAL -ın "Şir qükrətməsi" əməliyyatı (İranda. - red.) çərçivəsindəki fəaliyyətləri ilə paralel olaraq, israilli əsgərlər Cənubi Livanda fəaliyyət göstərir və qabaqcıl müdafiənin gücləndirilməsi konsepsiyası çərçivəsində sərhədə yaxın bir neçə mövqedə yerləşdiriliblər", - deyə məlumatda bildirilir.
Ötən gün SAXAL -ın nümayəndəsi Nadav Şoşani iddia edib ki, İsrail hazırda Livanın cənubuna quru qoşunlarının daxil olmasına hazırlaşmır. Bu, "Hizbullah"ın regionda hərbi əməliyyatlara qoşulması ehtimalı ilə bağlı məlumatlar fonunda baş verir.
İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamirin sözlərinə görə, İsrail Livan ərazisindən gələn təhlükəni aradan qaldırana qədər "Hizbullah"a qarşı hərbi əməliyyatları davam etdirməyi planlaşdırır.
Almaz Həsənli