Melaniya Tramp BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edib
ABŞ prezidenti Donald Trampın xanımı Melaniya Tramp, silahlı münaqişələr zamanı uşaqların vəziyyətinə həsr olunmuş BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edib.
Oxuməni.az “Deutsche Welle”yə istinadla xəbər verir ki, tədbir martın 2-də, bazar ertəsi günü Nyu-Yorkda, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda baş tutub.
BMT-nin "X" sosial şəbəkəsindəki paylaşımında deyilir: "Yaxın Şərqdə gərginliyin artması fonunda Şura müharibə zonalarındakı uşaqların üzləşdiyi davam edən böhrana diqqət yetirir."
Birinci xanım indiki dövrü "çətin" adlandırıb. Melaniya Tramp "ABŞ bütün uşaqları, bütün dünyada dəstəkləyir" deyərək, Yaxın Şərqdəki münaqişəni deyil, ümumi vəziyyəti təsvir etdiyini bildirib. "Ümid edirəm ki, tezliklə sizə sülh bəxş ediləcək", - deyə o əlavə edib.
Mart ayında BMT Təhlükəsizlik Şurasına növbə ilə ABŞ sədrlik edir. Bununla belə, dövlət başçısının xanımının BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik etməsi bu orqanın tarixində ilk belə hadisə olub. Adətən, BMT Təhlükəsizlik Şurasının iclaslarında prezidentlər, baş nazirlər, Xarici İşlər Nazirləri və ya ölkələrin daimi nümayəndələri sədrlik edirlər.
Almaz Həsənli




























.jpg)
.jpg)
.jpg)
























.jpg)



























