ABŞ-ın Ər-Riyaddakı səfirliyinə dronlar hücum edib

ABŞ-ın Ər-Riyaddakı səfirliyinə dronlar hücum edib

08:00
Bəyəndim (2) Bəyənmədim (0)

CNN məlumatlı mənbələrə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanındakı ABŞ səfirliyinə iki dron, ehtimal ki, İrana məxsus dronlar hücum edib. Mənbələrdən birinin məlumatına görə, hələlik itkilər barədə məlumat yoxdur. Səudiyyə Ərəbistanı hakimiyyəti öz növbəsində Amerika səfirliyinə endirilən zərbələri təsdiqləyib.

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi X sosial media platformasında verdiyi açıqlamada bildirib: "İlkin qiymətləndirmələrə görə, ABŞ-ın Ər-Riyaddakı səfirliyinə iki pilotsuz uçuş aparatı hücum edib və nəticədə binaya kiçik maddi ziyan dəyib".

Daha əvvəl bir neçə media orqanı Ər-Riyadın diplomatik məhəlləsində güclü partlayışların eşidildiyini və tüstü buludlarının göründüyünü bildirib.

Bazar və bazar ertəsi günləri İran da Küveytdəki ABŞ səfirliyinə zərbə endirildiyini bildirib.

Əziz MUSTAFA