İrandan 40-a yaxın rusiyalı Azərbaycan vasitəsilə təxliyə edilib
İrandan 40-a yaxın rusiyalı Azərbaycan sərhədi vasitəsilə təxliyə edilib. Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi öz Telegram kanalında məlumat yayıb.
Rusiya vətəndaşlarının İran və Azərbaycan arasında dövlət sərhədini "Astara" buraxılış məntəqəsi vasitəsilə təşkil olunmuş keçidi martın 1-də başlayıb.
"Hazırda 39 Rusiya Federasiyası vətəndaşı sərhədi keçib", - məlumatda deyilir.
Diplomatik nümayəndəlik əlavə edib ki, Rusiya Federasiyasının Bakıdakı səfirliyinin əməkdaşları Azərbaycan hakimiyyəti ilə sıx koordinasiyada həmvətənlərinə hərtərəfli dəstək göstərməyə davam edirlər.
Xatırladaq ki, fevralın 28-də Azərbaycan hakimiyyəti İranla quru sərhədini (Astara sərhəd-keçid məntəqəsi – red.) İrandan gedən Azərbaycan və xarici vətəndaşlar üçün açdı.
Almaz Həsənli






















.jpg)



























































